“Qazprom”un xalis mənfəəti 35% azalıb

19:20 | 30.08.2017
“Qazprom”un xalis mənfəəti 35% azalıb

“Qazprom”un xalis mənfəəti 35% azalıb

Rusiya şirkətinin xalis borcu isə I yarımillikdə 19% artaraq 2,3 trln. rubla çatıb.

Bu ilin ilk yarısında Rusiyanın "Qazprom” şirkətinin xalis mənfəəti 34,8% azalaraq 408,05 mlrd. rubl təşkil edib.

"Report” xəbər verir ki, bu barədə şirkətin hesabatında qeyd olunub.

Hesabat dövründə səhmdarlara aid mənfəət isə 37,2% azalaraq 381,35 mlrd. rubl olub. Bu ilin II rübündə şirkətin xalis mənfəəti 5,1 dəfə azalaraq 47,893 mlrd. rubl təşkil edib.

İlk yarımillikdə "Qazprom”un gəlirləri 4,8% artaraq 3,21 trln. rubla, II rübdə isə 5,1% artaraq 1,395 trln. rubla çatıb. Şirkətin satışdan mənfəəti 17,2% artıb və 484,3 mlrd. rubl olub.

İlin birinci yarısında "Qazprom”un xalis borcu 19% artaraq 2,292 trln. rubl təşkil edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM