Qəbələ” heyətini yeni hücumçu ilə gücləndirib

21:00 | 04.02.2020
"Qəbələ” heyətinə daha bir futbolçu qatıb. 


"Report" klubun Mətbuat xidmətinə istinadən xəbər verir ki, qış transfer dönəmində Ehtiram Şahverdiyev və Abdelrafik Jerarla anlaşan "qırmızı-qaralar” Nikolas Rayselin keçidini rəsmiləşdirib. 27 yaşlı hücumçu ilə 1,5 illik müqavilə imzalanıb.


Fransada anadan olan oyunçu PSJ klubunun yetirməsidir. 2011-2013-cü illərdə Paris təmsilçisinin ikinci komandasında çıxış edən Raysel ardınca Sloveniyada "Çelye” (2013-2015), Belçikada "Union Sent Jiluaz” (2015-2017) klublarının formasını geyinib. 2017-ci ildə Belçikanın digər təmsilçisi "Ostende”yə keçən Nikolas 2018/2019-cu illər mövsümünü icarə əsasında "Rozelar”da çıxış edib. O, cari mövsümün ilk yarısında da "Ostende” formasını geyinib. 2014-cü ildə Sloveniya yığmasına cəlb olunan Raysel bu ölkənin U-21 millisində 1 matç keçirib, 1 qol vurub.

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM