“Qəbələ” ispan futbolçu aldı

21:30 | 21.06.2019
2019-20 mövsümünün hazırlıqlarını davam etdirən "Qəbələ” növbəti transferini gerçəkləşdirib. "Qafqazinfo” xəbər verir ki, bunadək Kamal Mirzəyev və Sadiq Quliyevi heyətinə qatan "qırmızı-qaralar” ispaniyalı futbolçu Fernan Ferreyra Lopeslə anlaşıb.
24 yaşlı mərkəz yarımmüdafiəçisi ilə 1+1 illik müqavilə imzalanıb.

Viqo şəhərindən olan futbolçu yerli "Selta” klubunun yetirməsidi. O, 2011-14-cü illərdə bu klubun B komandasında çıxış edib. Karyerası ərzində "Kompostela”, "Çoko” və "Ximnastika Seqoviana”da da oynamış Lopesin son komandası "Barakaldo” olub.
Yarımmüdafiəçi Sequndanın B divizionunun 2018/19 mövsümündə bu klubda keçirdiyi 22 oyunda 1 qol vurub.





www.anews.az
loading...