"Qəbələ” "Reyncers"in futbolçusu ilə yollarını ayırdı

14:38 | 02.01.2018

"Qəbələ” "Reyncers"in futbolçusu ilə yollarını ayırdı

"Qəbələ” klubu qarşılıqlı razılaşma ilə 26 yaşlı yarımmüdafiəçi Endi Hallidey ilə yollarını ayırıb.

Publika.az xəbər verir ki, 26 yaşlı britaniyalı futbolçu müqavilə ilə məxsus olduğu Şotlandiyanın "Reyncers" klubuna dönəcək.

Hallidey həftəsonu təlim-məşq toplanışı üçün ABŞ-ın Florida ştatına yollanacaq Qlazqo təmsilçisinin heyətində yer alacaq.

Qeyd edək ki, yayda "Qəbələ"yə keçən Endi Hallidey əsas heyətə düşməkdə çətinlik çəkib. O, Premyer Liqanın geridə qalan 14 turunda 3 dəfə meydana çıxıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM