“Qəbələ”nin baş məşqçisi istefaya göndərildi

14:10 | 23.05.2014
“Qəbələ”nin baş məşqçisi istefaya göndərildi

“Qəbələ”nin baş məşqçisi istefaya göndərildi

"Qəbələ" baş məşqçi Yuri Syominlə yollarını ayırıb. Apasport.az saytının xəbərinə görə, qərar ölkə kubokunun final oyunundan sonra rusiyalı mütəxəssis və klub rəhbərliyi arasında keçirilən görüş zamanı qəbul olunub.

 

Görüşdə "Qəbələ" ilə Syomin arasında müqavilənin uzadılması məsələsi müzakirə edilib. Öncəki görüşlər zamanı "Qəbələ"də qalıb-qalmayacağını final matçından sonra qətiləşdirəcəyini deyən Syomin son toplantıda komandadan ayrılmaq istədiyini bildirib.

 

Rusiyalı mütəxəssis qərarını belə açıqlayıb: "Doğrudan da, çox ağır mövsüm keçirdik. Bundan sonrakı müddətdə komandanı toparlamaq və Avrokubok oyunlarına hazırlamaq mənim üçün çətin olacaq. Bir müddət istirahət etməyə ehtiyacım var. Komandama, azarkeşlərimizə və rəhbərliyə bu günə qədər verdiyi dəstəyə görə təşəkkür edirəm. "Qəbələ"yə Avropa Liqasında və növbəti mövsümdə uğurlar arzulayıram".

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM