“Qəbələ”nin futbolçusu İordaniya millisində

22:13 | 23.01.2022
“Qəbələ”nin futbolçusu İordaniya millisində

“Qəbələ”nin futbolçusu İordaniya millisində

Mövsümün ikinci yarısına Türkiyənin Antalya şəhərində hazırlaşan "Qəbələ”nin futbolçusu Omar Hani İordaniya millisinə çağırılıb.

"Qafqazinfo” xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi millinin toplanışına qatılmaq üçün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə yollanıb.

İordaniya klublarında çıxış edən futbolçular yanvarın 21-dən toplanışda olsalar da, legioner həyatı yaşayan oyunçular, o cümlədən Omar komandaya sonradan qoşulub. Asiya kubokunun fevralda baş tutacaq seçmə oyunlarına hazırlıq xarakteri daşıyan toplanış yanvarın 28-dəki yoxlama görüşü ilə yekunlaşacaq. İordaniya millisi həmin gün Abu-Dabidə Yeni Zelandiya ilə üz-üzə gələcək. Bu matçdan sonra geri qayıdacaq Omar ayın 29-da "Qəbələ”nin düşərgəsinə qatılacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM