Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 1000-dən çox oyuna çıxan baş məşqçilərin siyahısını açıqlayıb.
Siyahıda 39 mütəxəssis yer alıb.
Bunların arasında hazırda "Rostov"da işləyən "Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syomin də var. 74 yaşlı rusiyalı mütəxəssis 1359 oyunla 13-cü pillədə qərarlaşıb.
İlk sırada İngiltərənin "Mançester Yunayted" klubunun keçmiş baş məşqçisi Aleks Ferqyuson , ikinci yerdə "Arsenal"da işləmiş Arsen Venger, üçüncü pillədə isə Fransa "Oser"inin sabiq baş məşqçisi Gi Ru yer alıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !