• $ 1.7
  • € 1.9792
  • ₽ 0.021079
  • ₺ 0.0402
  • £ 2.2346

Qəbul imtahanı verənlərin nəzərinə

Qəbul imtahanı verənlərin nəzərinə
21.06.2021 23:27
Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (birinci cəhd) nəticələri açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən "Qafqazinfo”ya verilən məlumata görə, hər bir namizəd DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.

Namizədlər imtahan nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə "iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 1738 namizəddən 31 nəfəri imtahana gəlməyib. 715 namizəd birinci mərhələnin müsabiqə şərtini (40 və daha yüksək bal) ödəyib.
Müsabiqə şərtini ödəyənlərdən 252 nəfər 4 və ya 5-ci kurs tələbələridir. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından "məqbul” alan 4-cü və 5-ci kurs tələbələri ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olmaq hüququ əldə etdikdən sonra buraxılırlar.
İmtahanda ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 94 bal olub.

İyunun 20-də keçirilmiş imtahanda 256 nəfər bu ilin, 207 nəfər isə əvvəlki illərin məzunları olmaqla, ümumilikdə 463 namizəd ikinci mərhələyə buraxılıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Elektron Təhlükəsizlik Xidməti "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edib
Cəmiyyət 20:22
Elektron Təhlükəsizlik Xidməti "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edib
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 19:16
Bu ərazilərdə qaz olmayacaq
Qəbələdə yanğın olub - Video
Cəmiyyət 18:05
Qəbələdə yanğın olub - Video

Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi təsdiq edilib
Cəmiyyət 17:27
Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi təsdiq edilib
Qubada avtomobil hindistanlı turisti vuraraq öldürüb
Cəmiyyət 16:18
Qubada avtomobil hindistanlı turisti vuraraq öldürüb
Sosial şəbəkədə dələduzluq edərək yüzlərlə şəxsi aldadan 4 nəfər ifşa edilib
Cəmiyyət 16:04
Sosial şəbəkədə dələduzluq edərək yüzlərlə şəxsi aldadan 4 nəfər ifşa edilib
Son beş ildə 412 nəfər mina qurbanı olub
Cəmiyyət 15:29
Son beş ildə 412 nəfər mina qurbanı olub
Bakıda WUF13-də Azərbaycan milli pavilyonu təqdim olunacaq
Cəmiyyət 14:59
Bakıda WUF13-də Azərbaycan milli pavilyonu təqdim olunacaq
Kürdəmirdə 8 400 abonent susuz qalıb
Cəmiyyət 14:49
Kürdəmirdə 8 400 abonent susuz qalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol