Qəbul imtahanında iştirak etmək istəyənlərin NƏZƏRİNƏ

18:40 | 18.04.2017
Qəbul imtahanında iştirak etmək istəyənlərin NƏZƏRİNƏ

Qəbul imtahanında iştirak etmək istəyənlərin NƏZƏRİNƏ

Dövlət İmtahan Mərkəzi (DİM) I, II, III və IV ixtisas qrupları üzrə ikinci qəbul imtahanında iştirak etmək istəyən abituriyentlərə müraciət edib.

ANN.Az xəbər verir ki, DİM-dən APA-ya verilən məlumata görə, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə ərizə qəbulu zamanı elektron ərizələrində I, II, III və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının birincisində iştirak etmək istədiyini qeyd etmiş abituriyentlər ikinci imtahanda da iştirak etmək istədikləri halda mayın 4-dən 22-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə eservices.dim.gov.az/erizebak/erize internet səhifəsində qeydiyyatdan keçməlidirlər.
 
Bildirilib ki, qeydiyyatdan keçmək üçün onlar tələb olunan məbləği şəxsi kabinetlərinin hesabına əlavə etməlidirlər
 
"Ərizələrində birinci imtahanda iştirak etmək istədiklərini qeyd etməyən abituriyentlər isə göstərilən tarixlərdə qeydiyyatdan keçmədən ikinci imtahanda iştirak edə biləcəklər", - DİM-dən bildirilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM