Qəbul imtahanlarının düzgün cavabları açıqladı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 15-də ali təhsil müəssisələrinin I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarında (cari ilin məzunları üçün) istifadə olunmuş test tapşırıqlarının düzgün cavablarını açıqlayıb.
Oxu.Az hər qrup üzrə düzgün cavabları öyrənmək üçün abituriyentlərə linkləri təqdim edir:
Azərbaycan bölməsi - I qrup
Azərbaycan bölməsi - IV qrup
Rus bölməsi - I qrup
Rus bölməsi - IV qrup
Xatırladaq ki, iyul ayının 15-də 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib.
İmtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində, ümumilikdə 47 binada aparılıb.
İyulun 16-dan etibarən Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər