Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında elmi-metodik seminarlar keçirilib.
Bu barədə ANN.Az-a Qurumun mətbuat xidmətindən məlumat verilib. TQDK-nın nəzdində fəaliyyət göstərən qərb dilləri (alman və fransız) fənni üzrə elmi-metodik seminarın növbəti iclası olub. Müxtəlif orta və ali təhsil müəssisələrinin müəllimləri və metodistlərinin iştirakı ilə keçirilən seminar iclasında 2013-cü ildə keçirilmiş ali təhsil müəssisələrinə qəbul imtahanında III ixtisas qrupu üzrə istifadə olunmuş test tapşırıqlarının elmi-metodik təhlili aparılıb.
Bundan başqa, TQDK ingilis dili fənni üzrə və eyni zamanda, təlimi rus dilində olan məktəblərdə Azərbaycan dili fənni üzrə elmi-metodik seminarlar keçirilib.
Azərbaycan dili və ədəbiyyat fənləri üzrə keçirilən elmi-metodik seminarda isə müxtəlif orta və ali təhsil müəssisələrinin müəllimləri və metodistlərinin iştirakı ilə keçirilən seminar iclasında 2013-cü ildə ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının elmi-metodik təhlili davam etdirilib.
ANN.Az