Qəddafidən sonrakı Liviyanın ilk baş naziri Azərbaycana gəlir

19:07 | 22.04.2014
Qəddafidən sonrakı Liviyanın ilk baş naziri Azərbaycana gəlir

Qəddafidən sonrakı Liviyanın ilk baş naziri Azərbaycana gəlir

Liviyada Müəmmər Qəddafi devrildikdən sonra hökumətə rəhbərlik etmiş Əbdül Rəhim əl-Kib Bakıya gələcək.Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, elektrotexnika üzrə professor olan Əbdül Rəhim əl-Kib uzun illər ABŞ-da fəaliyyət göstərib. 2011-ci ildə isə Liviyaya qayıdaraq Milli Keçid Şurasının rəhbərliyində təmsil olunub. 2011-ci il oktyabrın 31-də Liviya Milli Keçid Şurasında keçirilən açıq səsvermədə ölkənin baş naziri seçilib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan Əbdül Rəhim əl-Kib Bakıya səfəri çərçivəsində Mərkəzin layihələrində iştirak edəcək, II Qlobal Müştərək Cəmiyyətlər Forumuna qatılacaq. II Qlobal Müştərək Cəmiyyətlər Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Madrid Klubu və Roma Klubunun təşkilatçılığı, Dünya Elm və Mədəniyyət Akademiyası, BMT, İsgəndəriyyə Kitabxanası və digər təşkilatların birgə əməkdaşlığı çərçivəsində keçirilir. Forumda 54 ölkədən 150-dən artıq nüfuzlu ictimai, siyasi, dövlət xadimləri, ekspert və elm adamının iştirakı nəzərdə tutulub.ANNET.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM