ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Amerika ali məhkəməsi hazırda ömürlük həbs cəzası ilə cəzaçəkmə müəssisəsində saxlanılan qatilin gənc qızla evlənməsinə icazə vermişdi. Amma Manson son anda evlənmək istəməyib. Qatil öyrənib ki, nişanlısı evlənməyi sadəcə cəsədi ələ keçirə bilmək üçün istəyib.
"New York Post" qəzetinin yazdığına görə, cavan qız evlənəcəyi qatil öləndən sonra cəsədi ələ keçirmək və onu muzeydə sərgiləmək niyyətində olub: "Cavan qız qəddar qatilin cəsədini muzeydə sərgiləməklə pul qazanmaq, varlanmaq istəyib".
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !