ANN.TV-nin çəkiliş qrupunun "Qəfil sual" rubrikası çərçivəsində hazırladığı video-sujet "Elita nədir?" mövzusuna həsr olunub. Respondentlərdən kimisi "Elita" sözünün mənası kimi şadlıq sarayını tanıdığını deyib, kimisi özünü deyil, amma övladlarını, nəvələrini elit təbəqənin nümayəndəsi hesab edib, kimisi elm adamlarını yüksək səviyyə sinfi sayıb.
Elita (lat. electus - "seçilmişlər") - dedikdə bir cəmiyyətin yüksək ixtisaslı şəxsləri və ya hakim dairələrdə təsirə malik sosiloji qruplar və ya təbəqələr nəzərdə tutulur. Çox vaxt bu anlayış müəyyən şəxslər qrupuna aid edilir.
"Elita" sözü ilk dəfə olaraq 17-ci əsrdə yüksək dəyərli və keyfiyyətli məhsulları, hər şeydən əvvəl parça üçün işlədilmişdir. Sonralar tədricən bu anlayış sosial məqsədlər üçün istifadə olıunmağa başlayıb. Fransa inqilabı dövründə cəmiyyətdə tutduğu yüksək səviyyəni özü qazanmış adamlara elit təbəqəyə məxsus şəxs kimi baxırdılar. Sənayeləşmə zamanı isə elita daha çox qabarıq şəkildə müəyyən şəxslər qrupunu savadsız və kiminsə tabeliyində işləyənlərdən fərqləndirmək üçün işlədilməyə başlayıb.
Hərbi sahədə də elita sözü özünə yer alıb. Elita dəstələri daha yaxşı hazırlanmış və silahlanmış ordu hissəsinə deyilib.
Gündəlik mediada "Elita" adı altında siyasi, iqtisadi, idman, incəsənət, təhsil, elm və s. sahələrdə çalışan şəxslər nəzərdə tutulur. Uyğun olaraq elitar təbəqənin çalışdığı idarələrə də bu adları verirlər. Məsələn, yüksək elmi-tədqiqat nəticələri ilə dünyada fərqlənən ali məktəblər də "Elita universiteti" (Harvard University, Massachusetts Institute of Technology, Salzburg Seminar) adlandırılır.
Hazırladılar: Aynur Məmmədova
Orxan Aslanlı
Bizi sosial şəbəkələrdə izləyin !