İş insanın cövhəridir, deyirlər. Yəni zəhmət çəkmək insanlara dərmandır, bəzən çox işləməklə nəinki artıq dərman "qəbul edirik", əksinə sözün həqiqi mənasında apteklərə möhtac qalırıq.
Bu gün dünya normal iş saatının nə qədər olması ilə bağlı müzakirələr hələ də davam edir. Məsələn, Avropa Birliyinin üzv ölkələrində orta hesabla həftəlik iş vaxtı 38 saat 20 dəqiqədir. Avropada ən ən çalışanlar fransızlardır və onlar həftə ərzində cəmi 35 saat işləyirlər.
Azərbaycanda qanunla həftəlik iş vaxtı 40 saat müyyənləşib, lakin praktika göstərir ki, vətəndaşlar bundan da artıq müddətdə çalışırlar.
ANN.TV-nin çəkiliş qrupu şəhər sakinləri arasında iş vaxtı ilə bağlı sorğu keçirib. Respodentlərə "Neçə saat işləyirsiniz", "Sizcə, iş vaxtı necə saat olmalıdır", "Əlavə işlədiyiniz vaxta görə sizə pul və ya istirahət verirlər" sualları ünvanlanıb.
Maraqlı cavablarla dolu olan video-sorğuya baxa bilərsiniz.
Hazırladılar:
Şahpəri Abbasova
Zülfiyyə Səfxanova
Bizi sosial şəbəkələrdə izləyin !