Qəndob-Rusiya sərhədi avtomobil yolu yenidən qurulur - FOTOLAR

10:58 | 12.05.2016
Qəndob-Rusiya sərhədi avtomobil yolu yenidən qurulur - FOTOLAR

Qəndob-Rusiya sərhədi avtomobil yolu yenidən qurulur - FOTOLAR

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na əsasən, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 133-192-ci kilometrlik hissəsinin ( Qəndob-Rusiya sərhədi ) yenidən qurulması işlərinə star verilib.

Bu barədə Trend-ə "Azəravtoyol" ASC-dən məlumat verilib.

I texniki dərəcəli avtomobil yolunun ümumi uzunluğu 59,5 km, hər istiqamət üzrə 2 olmaqla hərəkət zolaqlarının sayı 4 ( 2 x 2 ), ayrıcı zolağının eni 5 m, örtüyün tipi asfalt-betondur.

Layihə üzrə yol yatağının eni 28 m, hərəkət zolaqlarının eni 3,75 m olmaqla hərəkət hissəsinin eni isə bir istiqamət üzrə 7,5 m ( 2 x 7,5 m ), çiyinlərin eni 3,75 ( 2x 3,75 m ) olacaq. Yolda hesabi sürət 120 km/saat nəzərdə tutulub.

Layihədə 23 ədəd olmaqla 4 ədəd müxtəlif səviyyəli böyük yol ötürücüləri, 4 ədəd müxtəlif səviyyəli kiçik yol ötürücüləri, 15 ədəd körpülərin, beynəlxalq qaz və neft boruları üzərində yük ötürücü 7 ədəd qurğunun, kəndlərarası düzbucaqlı qurğu ilə 27 ədəd yol keçidinin, 313 yerdə müxtəlif diametrlərdə suötürücü borular və digər dəmir-beton qurğuların tikintisi, elektrik, rabitə, su və qaz xətlərinin köçürülməsi nəzərdə tutulub.

Hazırda sözügedən avtomobil yolunda torpaq işləri görülür, yol yatağı və yol əsası tikilir, bundan başqa su və yeraltı keçidlərin, körpülərin inşaası aparılır.

İşlər tərtib olunmuş qrafikə uyğun "Azəravtoyol" ASC-nin rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə aparılır və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
 









www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM