• $ 1.7
  • € 1.9945
  • ₽ 0.021189
  • ₺ 0.0398
  • £ 2.2762

Qənirə Ataşova işdən azad edildi

Qənirə Ataşova işdən azad edildi
15.01.2014 09:53
ANS TV-də baş verən ixtisarlar nəticəsində daha beş müxbir işdən çıxarılıb. Telekanalın baş redaktoru Qənirə Ataşova vəzifədən azad edilib və daha bir departament ləğv edilib.  "Axar.az"ın telekanal daxilindən əldə etdiyi məlumata görə, televiziya rəhbərliyi yeni ildən etibarən "İç Xəbər" departamentinin müxbirləri - Xeybər Məmmədov, İsmayıl Fətəliyev, Əli Abuzərov, Xatirə Məmmədova, Nərgiz Tahirova ilə əməkdaşlığa xitam verib. İsmayıl Fətəliyevlə Nərgiz Tahirova - "İç xəbər", Xatirə Məmmədova - "Düzbucaq", Əli Abuzərov isə departamentin "İqtisadiyyat" üzrə  müxbiri olub.  Azərbaycanın ilk müstəqil televiziyasında ixtisarlar bununla bitmir. Məlumatda "Növbətçi" departamentinin ləğv edilib, "İç Xəbər"ə birləşdirildiyi deyilir.  ANS-də ən gözlənilməz dəyişiklik isə televiziyada baş redaktor vəzifəsini icra edən tanınmış aparıcı Qənirə Ataşovanın vəzifədən azad edilməsi olub. Əldə etdiyimiz məlumatda Qənirə Ataşovanı Murad Hüseynovun əvəz etdiyi deyilir.  Bundan başqa, "Cinayət işi" verilişi Sərxan Kamallıdan alınaraq, yenidən Rəşad Məmmədova verilib. Məlumatda o da bildirilir ki, ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayevin həyat yoldaşı Səbinə Heydərova yenidən "İç Xəbər"ə aparıcı qismində qayıdıb.  Xatırladaq ki, bundan əvvəl televiziyada müxbir vəzifəsində çalışan İsmayıl Fətəliyev, operatorlar Feyruz Ağayev ve Taleh Mikayılov da işdən azad edilib. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Faktiki hava açıqlanıb
Cəmiyyət 09:35
Faktiki hava açıqlanıb
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Cəmiyyət 00:24
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Xəzər dənizində zəlzələ olub
Cəmiyyət 21:29
Xəzər dənizində zəlzələ olub
Faktiki hava açıqlanıb
Cəmiyyət 20:33
Faktiki hava açıqlanıb
Rusiyada Azərbaycan diasporunun nümayəndələrinə qarşı əməliyyat keçirilib,saxlanılanlar var
Cəmiyyət 19:24
Rusiyada Azərbaycan diasporunun nümayəndələrinə qarşı əməliyyat keçirilib,saxlanılanlar var
Sabirabadda 3 gün əvvəl göldə batan şəxsin meyiti tapılıb
Cəmiyyət 18:29
Sabirabadda 3 gün əvvəl göldə batan şəxsin meyiti tapılıb
Astarada itkin düşən balıqçıların axtarışı davam etdirilir - Video
Cəmiyyət 17:16
Astarada itkin düşən balıqçıların axtarışı davam etdirilir - Video
DİM-dən köməkçi vasitələrlə qəbul imtahanına daxil olan abituriyentlərin məsələsinə münasibət
Cəmiyyət 14:30
DİM-dən köməkçi vasitələrlə qəbul imtahanına daxil olan abituriyentlərin məsələsinə münasibət
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 13:25
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol