Qənirə Ataşovanın oğlu ABŞ-da xüsusi istedadlılar məktəbinə seçilib- FOTO

16:25 | 30.12.2017
Qənirə Ataşovanın oğlu ABŞ-da xüsusi istedadlılar məktəbinə seçilib- FOTO

Qənirə Ataşovanın oğlu ABŞ-da xüsusi istedadlılar məktəbinə seçilib- FOTO

Məşhur jurnalist Qənirə Ataşovanın 9 yaşlı oğlu Ceyhun Anaroğlu ABŞ-da xüsusi istedadlılar məktəbinə seçilib.

Jurnalistin Gununsesi.info-ya verdiyi məlumata görə, "Arlington” təhsil mərkəzinin Ceyhunu istedad (CogAt-Cognitive Ability test) testindən keçirməsindən ailəsi xəbərsiz olub.
 


"Doğrudur , tez-tez təhsil aldıqları "Arlington Science Focus School” və "Williamsburg Middle school” məktəbindən mənə övladlarımın həddsiz tərbiyyəli və ağıllı olduqlarına görə məktub göndərilirdi. Eyni zamanda, təşəkkür məktubları da alırdım. Amma övladımın bu testə cəlb olunmasından xəbərsiz idim. Bu barədə evimizə gələn məktub vasitəsi ilə xəbərdar oldum. Məktubda uşaqda böyük bir isted və biliklərə sahib olunması qeyd edilirdi. Test düşünmə, riyaziyyat, həndəsi fiqurlar və təbiət barədə suallardan təşkil olunmuşdu. 9 yaşlı Ceyhun cavablandırmada 100 faizlik şkalanı keçib. Testin nəticəsi olaraq bundan sonra Ceyhun normal uşaqların keçdiyindən daha artıq dərs alacaq, riyaziyyat və elmi biliklər daha çox öyrədiləcək. Eyni zamanda məktəb gələcək həyatını kosmik fəza ilə bağlamaq istəyən uşağa bu istiqamətdə geniş məlumatlar verəcək. Ceyhun isə özü yeni qalatikalar keşf edəcəyini, zaman maşını düzəldəcəyini söyləyir”.
 

Qeyd edək ki, Qənirə Ataşovanın böyük oğlu 13 yaşlı Fərhad Anaroğlu da ilin əvvəlində bu testdən uğurla keçərək gift sinifində təhsil alır. "Williamsburg Middle school”da hələlik onun yaşıdları arasında tək rəqibi Hindistan əsilli amerikalı məktəblidir. Fərhad 7, Ceyhun isə 5 dil bilir.
 

Xatırladaq ki, Qənirə Ataşova ANS telekanalı bağlandıqdan sonra övladları ilə birgə ABŞ-a köçüb. Hazırda özü də orada təhsil alır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM