Parlamentin bugünkü iclasında millət vəkili Qənirə Paşayev Vergilər Nazirliyinə bəzi təkliflərlə çıxış etdi. Deputat Ermənistanla ön cəbhədə yerləşən kəndlərdə işsizliklə bağlı problemlərin olduğunu və yeni iş yerlərinin açılmasına böyük ehtiyac olduğunu deyib.
“Sərmayədarlar risk bölgəsi olduğu üçün burada iş qurmağa o qədər maraqlı deyillər. Ən azı kiçik sərmayələri bu əraziyə cəlb etmək, insanların iş yerləri yaratması üçün ön cəbhə kəndlərinə vergi güzəştlərinin, vergidən azad olunmanın tətbiq olunması vacib addım olardı.
Bu o kəndlərə böyük dəstək olmaqla bərabər, kiçik və orta sahibkarları bu kəndlərdə iş qurmağa təşviq edən önəmli addımlardan olardı” - deyən millət vəkili Qənirə Paşayeva bu məsələyə müsbət yanaşılacağına və öz həllini tapacağına inandığını deyib./Musavat.com/
Bizi sosial şəbəkələrdə izləyin !