Milli Məclisin deputatı Qənirə Paşayeva polkovnik-leytenant Ramil Səfərovun evinə gedib.
Publika.az xəbər verir ki, millət vəkili ziyarəti ilə bağlı fikirlərini sosial media hesabında paylaşıb:
"Dəyərli qardaşımız, Macarıstanda məhkəmə qarşısında dayananda, "əgər üzr istəsən, daha yüngül cəza alacaqsan, əks halda, cəzan çox ağır olacaq!" dediklərində belə, son sözündə məhkəməyə üz tutaraq "mən sizdən mərhəmət deyil, ədalət istəyirəm!" deyib, çıxışında ermənilərin işğalçı zehniyyətini və işğalçıların bağışlanmaz hərəkətlərini faktlarla sadalayan mərd zabitimiz Ramil Səfərovun ailəsini ziyarət etdik, geniş fikir mübadiləsi apardıq. "Yüz minlərlə soydaşın, həmvətənin yanındadır!" dedik.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !