Qənirə Paşayevanın sosial şəbəkələrdə yayılan şəkillərinə aydınlıq gəldi - FOTO

11:24 | 19.07.2020
Qənirə Paşayevanın sosial şəbəkələrdə yayılan şəkillərinə aydınlıq gəldi - FOTO

Qənirə Paşayevanın sosial şəbəkələrdə yayılan şəkillərinə aydınlıq gəldi - FOTO

Ötən gün sosial şəbəkələrdə millət vəkili Qənirə Paşayeva ilə bağlı xoşagəlməz məlumatlar yayılıb. Millət vəkilinin zədəli qolu haqqında yalana əl atdığını iddia edən fotolar müxtəlif səhifələr tərəfindən paylaşılıb. 
Bu gün Q.Paşayevanın rəsmi "Facebook” səhifəsində həmin paylaşımlara cavab olaraq aydınlıq gətirilib. Millət vəkilinin köməkçisi tərəfindən yazılan statusda həmin fotoların orijinal variantı təqdim olunaraq belə bir şərh yazılıb:
"Jurnalist Arifə xanımın çəkdiyi selfi fotonu normal çəkilmiş foto ilə "fotoşop” edib yayanlar, çox miskin görünürsünüz. Çünki normal insanlar "fotoşop”un, "güzgü effekti”nin nə olduğunu anlayır. Qənirə xanım heç özü sizə cavab verməyə razı olmadı. Amma biz bunu özümüzə borc bildik.
Bu arada, neçə gündür Qənirə xanımın müalicəsi üçün dəstək olan bütün həkimlərimizə təşəkkür edirik”. 
 




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM