Qənirə Paşayevaya qarşı TƏXRİBAT

13:00 | 22.01.2014
Qənirə Paşayevaya qarşı TƏXRİBAT

Qənirə Paşayevaya qarşı TƏXRİBAT

Milli Məclisin deputatı Qənirə Paşayevanın "Twitter" hesabının parolu oğurlanıb. Bu barədə millət vəkili öz "Facebook" profilində məlumat yayıb. Məlumata görə, onun özəl mesaj qutusundan bəzi dostlarına mesajlar göndərilib. Q. Paşayeva bununla bağlı dostlardan dəstək istəyib: "Ötən gün kimlərinsə mənim rəsmi "Twitter" hesabımın parolunu oğurlayaraq özəl mesaj qutumdan bəzi dostlara mənim adımdan mesaj yazdıqlarının şahidi olduq. Yazılan mesajı həmən tamam silməyi unutduqlarından bir parçası bu əxlaqsızlığı və tərbiyəsizliyi anlamamıza vəsilə oldu. Sizdən ricam son 2 gündə və ondan öncə (çünki bunu öncələri də edə bilərlər!) mənim özəl mesaj qutumdan sizlərdən kimlərəsə şübhələndiyiniz, narahatedici və ya bunu Qənirə xanım yazmaz dediyiniz mesaj gəlibsə mutlaq bizə xəbər verin. (Qeyd edim ki, mən ümumiyyətlə özəl mesaj qutusundan nadir istifadə edirəm). Mütəxəsislərin dəstəyi ilə "Twitter! hesabının güvənliyi daha da artırılmışdır. Başqalarının hesabına girmək, məktublar yazmaq və ya məktublar oxumaq dünyada bir insanın edə biləcəyi ən böyük əxlaqsızlıq və tərbiyəsizlikdir. Təssüf ki, günümüzdə bu cür əxlaqsız və tərbiyəsiz insanların sayı artmaqdadır. Bütün dostlardan diqqətli olmalarını və şübhələndikləri anda bizə hər hansı bir yolla müraciət etmələrini rica edirik.

Dəyərli dostlar!

(GaniraP) mənim tək rəsmi "Twitter" hesabımdır. Təssüf ki, bəzi insanlar bütün əxlaq normalarını pozaraq mənim adıma başqa "Twitter" hesabları açıblar. O hesabların mənimlə heç bir əlaqəsi yoxdur və bunu hər kəsin bilməsini istəyirik. Ümid edirəm ki adıma saxta "Twitter" hesabı açan şəxslər nə qədər böyük əxlaqsızlıq və tərbiyəsizlik etdiklərinin fərqinə vararaq bu tərbiyəsizliyi dayandıracaqlar və bunun dayandırılması üçün sizin də dəstəyinizə ehtiyacımız var".ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb