Qəpik ölçüsündə kompüter istehsal edildi

23:59 | 02.04.2014
Qəpik ölçüsündə kompüter istehsal edildi

Qəpik ölçüsündə kompüter istehsal edildi

Çinin az tanınan şirkəti "Android" platformasında işləyən və daşınan elektronikada istifadə üçün nəzərdə tutlmuş qəpik ölçüsündə ""Newton" adlanan kompüter istehsal edib.

"ICTnews" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, cihaz görünüşcə "Raspberry Pi"yə oxşar inteqral lövhədən ibarətdir, lakin ölçüləri üç dəfə kiçikdir.

Belə həllər getdikcə bazarda populyarlaşır, belə ki əsasən daşınan və yığcam elektronika üçün nəzərdə tutulub.

"Newton" cihazı daxili prosessor, fləş yaddaş, Wi-Fi, NFC çiplə təchiz edilib. Şirkətdən bildirilib ki, artıq cihazı satın almaq mümkündür, lakin qiyməti məlum deyil.

Çin şirkətinin nümayəndələri deyirlər ki, az enerji sərfiyyatı onların həllinin əsas üstünlüyüdür. "Newton" cihazı gözləmə rejimində 4 millivatt və iş rejimində 100 millivat enerji sərf edir.

Yeni sxem əsasında mərkəzi prosessor 1 QHs takt tezliyində işləyir, qrafik nüvə isə 720 p formatında videonu emal edə bilir. Lövhə 3 QB daxili yaddaşı dəstəkləyir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM