ABŞ xarici işlər naziri Con Kerri İran xarici işlər naziri Cavad Zərif və "5 +1" üzvü Ketrin Eşton nüvə müzakirələri çərçivəsində Avstriyanın paytaxtı Vyanada bir araya gəlib.ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, nüvə müzakirələri üçün axşam saatlarında Vyanaya gələn Kerri əvvəl ABŞ-dan olan heyətlə görüşüb, daha sonra Zərif və Eştonla üçtərəfli görüş reallaşdırılıb. Təxminən 2,5 saat davam edən görüşdən sonra açıqlama verilməyib.Müzakirələr arasında uranın zənginləşdirmə məsələsi, ağır su reaktorlarının vəziyyəti, nüvə əməkdaşlığı və sanksiya məsələləri olduğu bildirilir. Məlumata görə İran ilə ABŞ arasında "uranın zənginləşdirmə səviyyəsi və sanksiyaların aradan qaldırılmasına dair yol xəritəsi" mövzuları əsas anlaşılmazlıqları meydana gətirir. Buna görə uran zənginləşdirmə səviyyəsini artırmaq istəyən İran sanksiyaların tamamilə aradan qaldırılmasında, uran zənginləşdirmə səviyyəsini azaltmasını istəyən ABŞ isə sanksiyaların təxirə salınmasında israr edir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !