Dünən İŞİD-ə yaxın media qurumlarının yayımladığı video-görüntülərlə bağlı mübahisə yaranıb.
ANN.Az Türkiyə mediyasına istinadən xəbər verir ki, videoda görününən və İŞİD-in əlinə keçən hərbi sursat heç də ABŞ-a məxsus deyilmiş. Qeyd edək ki, videodan görünürdü ki, İŞİD yaraqlıları paraşütlə Suriya ərazisinə atılan silah-sursatı ələ keçirib və onların dediklərinə görə bu hərbi sursat ABŞ-a məxsusdur. Hətta İŞİD buna görə ABŞ-a minnətdarlıq da etmişdi.
Video-görüntülər araşdırıldıqdan sonra bəlli olub ki, göstərilən əl bombaları alman istehsalı olan "DM 41"-lərdir.
Almaniyanln "Süddeutsche Zeitung" qəzeti hərbi mənbələrə istinadən xəbər verir ki, "DM 41" tipli əl bombaları köhnə modeldir və Almaniyanın Peşmerge qüvvələrinə göndərdiyi silah və sursat arasında "DM 41" tipli əl bombaları olmayıb.
Almaniyanın Peşmergəyə daha yeni model olan "DM 51" tipli əl bombaları göndərdiyi bildirilib. Bu zaman isə sual yaranır ki, köhnə model əl bombaları haradan və kimlər vasitəsilə Suriyaya, eləcə də İŞİD-ə ərmağan edilib?
Maraqlı suallardan biri də budur: İŞİD-in əlinə keçən hərbi sursat arasında daha hansı alman istehsalı olan silahlar var?
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !