Qərb liderlərinin Ramşteyn görüşü ləğv edilib

17:10 | 09.10.2024
Qərb liderlərinin Ramşteyn görüşü ləğv edilib

Qərb liderlərinin Ramşteyn görüşü ləğv edilib

Böyük Britaniya, Almaniya, ABŞ və Fransa liderlərinin oktyabrın 12-nə planlaşdırılan görüşü Ukrayna münaqişəsinin həllinə dair Ramşteyn sammiti ilə birlikdə ləğv edilib. RİA Novosti xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Hebestreyt məlumat verib. 

Hebestreit görüşün uzaqdan baş tutmayacağına aydınlıq gətirib.

Bundan əvvəl məlum olmuşdu ki, Co Bayden və ABŞ dövlət katibi Antoni Blinken planlaşdırıldığı kimi yaxın günlərdə Almaniya və Anqolaya səfər etməyəcəklər.
 
ABŞ prezidenti Floridaya yaxınlaşan Milton qasırğasına hazırlıq işlərinə, həmçinin ölkənin cənub-şərqində Helen qasırğasının nəticələrinin aradan qaldırılması səylərinə nəzarət edəcək.

Berlində Bayden Ukrayna prezidenti Vladimir Zelenski ilə, sonra isə Ramşteyn aviabazasında Böyük Britaniya, Almaniya və Fransa liderləri ilə Ukraynaya yeni silah tədarükü ilə bağlı danışıqlar aparmalı idi.

Aytac 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM