ANN.Az AzNews.az-a istinadən xəbər verir ki, bu haqda məlumatı ABŞ Konqressinin Nümayəndələr Palatası yayıb.
"Biz bir daha NATO-nu gəmiləri almağa və ya birgə istifadə üçün icarəyə götürməyə çağırırıq", - deyə məktubda qeyd edilir.
Onların qənaətinə görə, belə bir addımın NATO tərəfindən atılması prezident Putinə alyansın onun "Avropada atdığı təhlükəli addımlarla barışmayacağını" nümayiş etdirərdi. Bundan əvvəl həmin gəmiləri almaq niyyətində Kanadanın da ola biləcəyi məlum olub. Cümə axşamı Fransa hökümətinin rəsmisi “Mistral” gəmilərinin Rusiyaya verilməsi şərtlərinin hələlik razılaşdırılmadığını qeyd edib. Ötən həftə Fransa höküməti gəmilərdən birincisinin Rusiyaya noyabrın 14-də təhvil veriləcəyini BBC-ə təsdiqləyib.Fransa mətbuatının yazdığına görə, bu barədə məlumatlar prezident Fransua Ollandın Kanadaya ötən həftə başa çatan səfərindən sonra yayılmağa başlayıb. "International Business Times" nəşrinin məlumatına əsasən, Kanada son zamanlar hərbi dəniz qüvvələrinin modernləşdirilməsilə məşğuldur.Rusiya 2 “Mistral” gəmisinin tikintisini Fransaya 2011-ci ildə sifariş etmişdi, müvafiq kontrakt Fransanın DCNS şirkətilə Rusiyanın "Rosoboroneksport" qurumu arasında imzalanmışdı.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !