Neftin və qazın qiymətinin ucuzlaşması dünya enerji bazarında mühüm yer tutan və Rusiya üçün böyük maliyyə itkisidir. Qərbin sanksiyaları nəticəsində Rusiyada iqtisadi böhranın yaranması nəzərə alınsa, demək olar ki, enerji sahəsindəki ucuzlaşmalar da Moskva üçün xoş perspektivə gətirib çıxarmayacaq.
Mövzu barədə Modern.az saytına danışan Neft Araşdırmaları Mərkəzinin rəhbəri, ekspert İlham Şaban bildirib ki, qaz artıq Avropa və Asiya bazarlarında ucuzlaşıb. İlham Şaban vurğulayıb ki, qazın qiyməti neftə və neft məhsullarına bağlı olduğundan Rusiya son 2 rübdə qiymətlərini 50% itirib.
"Ancaq qazın qiymətinin ucuzlaşması neftin qiyməti qədər olmur. Məsələn, "Qazprom” 2015-ci ilin 1-ci rübü üçün mavi yanacağın qiymətinin 9-12 faiz ucuzlaşacağını bildirib. Bu da hər bir ölkə üzrə müxtəlif danışıqlar və müqavilə şərtlərinə görə edilir”,-deyə eksperti bildirib.
Onun sözlərinə görə Rusiya bir ildə xaricə 150 milyard kubmetr qaz satır. İlham Şaban söyləyib ki, qazın qiymətinin 10-12% aşağı düşməsi "Qazprom”un gəlirlərinin 15 milyard dollara qədər azalması deməkdir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !