Qərbi Azərbaycan İcması Ermənistanın sərhəd təxribatını pisləyən bəyanat yayıb

12:14 | 13.02.2024
Qərbi Azərbaycan İcması Ermənistanın sərhəd təxribatını pisləyən bəyanat yayıb

Qərbi Azərbaycan İcması Ermənistanın sərhəd təxribatını pisləyən bəyanat yayıb

Qərbi Azərbaycan İcması Ermənistanın şərti sərhəddə son hərbi təxribatını şəkildə pisləyən bəyanat yayıb.

Bəyanatında qeyd olunub ki, bu, Ermənistanın başda Fransa olmaqla bir sıra dövlətlər tərəfindən silahlandırılmasının nəticəsi olmaqla yanaşı, həm də onun sülh müqaviləsinin imzalanmasından yayınmasını göstərir.

"Əlində durbinlə şərti sərhədi, Zəngəzur dağlarını ələk-vələk edən Avropa İttifaqının Ermənistandakı Missiyası nəyə görə bu planlaşdırılmış təxribata reaksiya vermir? Bəs Jozep Borelin, Dövlət Departamentinin, konqresmenlərin, irqçi fransız siyasətçilərinin, Hollandiyanın, Kanadanın, Litvanın, Avropa Parlamentinin, Frank Şvabe, Natali Luazo, Marina Kalyurand, Jan-Kristof Buisson kimi Don Kixotların niyə səsi çıxmır? Görünən odur ki, Ermənistan yenə də 2023-cü ilin yay aylarında olduğu kimi hansısa beynəlxalq dəstəyə inanıb Azərbaycana qarşı təhlükəli addımlar atır. Ermənistan xarici paytaxtların sözü ilə oturub-durmamalı, proksi dövlət olmamalı və "birinci respublika”nın səhvlərini təkrarlamamalıdır", - bəyanatda vurğulanıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb