Qərbin sanksiayaları 2 ölkəni daha da yaxınlaşdırıb - Rusiyanın Azərbaycandakı səfiri

09:09 | 12.02.2024
Qərbin sanksiayaları 2 ölkəni daha da yaxınlaşdırıb - Rusiyanın Azərbaycandakı səfiri

Qərbin sanksiayaları 2 ölkəni daha da yaxınlaşdırıb - Rusiyanın Azərbaycandakı səfiri

Qərbin sansiyaları Moskva ilə Azərbaycan arasında münasibətləri daha da sıxlaşdırıb. Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Evdokimov deyib. 
 
"Qərbin sanksiyaları Rusiya ilə Azərbaycan arasında münasibətlərin möhkəmlənməsinə səbəb olub. Mövcud vəziyyətə və Qərbin sanksiyalarına gəlincə, bu, yəqin ki, qərblilərin müəyyən mənada, əksinə, ölkələrimiz arasında daha sıx əlaqələri təşviq etdiyinə bir nümunədir", - səfir Rusiyanın "İzvestiya" qəzetinə müsahibəsində bildirib. 
 
Səfir həmçinin vurğulayıb ki, yanvarda Rusiya ilə Azərbaycan arasında hesablaşmalarda milli alyutadan istifadə 54% təşkil edib. 
 
2021-ci ilin fevralında Rusiya Ukraynada hərbi əməliyyatlar keçirtmək qərarı verdikdən sonra Amerika və Avropanın 27 ölkəsi Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməyə başlayıb. Belə ki, indiyə qədər Rusiyaya qarşı 11 sərt sanksiya paketi qəbul olunub. Lakin buna baxmayaraq Rusiya öz mövqeyindən geri çəkilməyib. Bir çox brend markalar və şirkətlər Rusiyanın Ukraynada müharibə aparmasına görə ölkəni tərk edib. 
 
Gülnar Nazimqızı 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM