İsmayıllıda yanğın törətməkdə şübhəli bilinən şəxs danışdı - VİDEO

12:44 | 20.08.2022
İsmayıllıda yanğın törətməkdə şübhəli bilinən şəxs danışdı  - VİDEO

İsmayıllıda yanğın törətməkdə şübhəli bilinən şəxs danışdı - VİDEO

Avqustun 19-da FHN-nin "112” qaynar telefon xəttinə İsmayıllı rayonu, Qaraqaya kənd sakini İsa Abbasov Mürsəl oğluna məxsus bağ sahəsində və ətraf ərazilərdə yanğın baş verib. Bu barədə  Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

FHN-in yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın söndürülüb və yaxınlıqdakı meşə yanğından mühafizə olunub. Yanğın nəticəsində 3 hektardan artıq ərazi yanıb.

Hadisə ilə bağlı FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən keçirilmiş operativ tədbirlərlə yanğının qəsdən törədildiyi müəyyən olunub. Belə ki, yanğın hadisəsinin 1951-ci il təvəllüdlü Abbasov İsa Mürsəl oğlu tərəfindən törədildiyi aşkar edilib və vətəndaş törətdiyi əməli etiraf edib.

Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb