Qətər əmirinin Azərəbaycana səfərindən nə gözlənilir?

19:49 | 03.03.2016
Qətər əmirinin Azərəbaycana səfərindən nə gözlənilir?

Qətər əmirinin Azərəbaycana səfərindən nə gözlənilir?

Qətər əmiri Təmim bin Həməd Al Tani martın 7-də Azərbaycana rəsmi səfərə gələcək.

ANN.Az-ın APA-ya istinadən məlumatına görə, səfər çərçivəsində əsas görüşlər martın 8-də keçiriləcək.

Əmirin Azərbaycan rəsmiləri ilə görüşlərində iki ölkə arasında münasibətlərin hazırkı vəziyyəti və gələcək inkişafına dair məsələlər ətraflı müzakirə olunacaq.

Görüşlərin yekununda hökumətlərarası iqtisadi birgə komissiyanın yaradılması, təhsil, gömrük, maliyyə, kənd təsərrüfatı sahəsində əməkdaşlıq, xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi, nəqliyyat, gömrük orqanlarının təcrübə və texniki mübadiləsi haqqında sazişlər daxil olmaqla 8 sənədin imzalanması gözlənilir.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM