Qətər rəsmisi Azərbaycanla olan loqistika problemlərindən danışıb

13:08 | 26.09.2024
Qətər rəsmisi Azərbaycanla olan loqistika problemlərindən danışıb

Qətər rəsmisi Azərbaycanla olan loqistika problemlərindən danışıb

Azərbaycanla Körfəz Ölkələri arasında loqistika sahəsində bir sıra maneələr var. Bunu  Qətər Yük və Logistika Assosiasiyasının (FIATA) Assosiasiyasının üzvü Ali Mesned Bakıda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə Bakıda keçirilən Azərbaycan-KƏŞ ölkələrinin 2-ci iqtisadi forumunda panel müzakirəsi zamanı deyib.

"Pul köçürmələrində müəyyən problemlər var. 20 dollara olan məhsul hansısa prosedurlardan keçir. Tranzit nəqliyyat qanunvericilik sahəsində kordinasiya yoxdur. Bu məsələr bizim üçün problem yaradır. Gömrük sahəsində birgə qanun hazırlamalıyıq. Azərbaycanda soyuducu loqistika saxlama yerləri azdır. Bu da anbarlarda saxlama imkanlarına mane olur. Üçüncü dövlətin ərazisində istifadə etmək çətinlik törədir. Azərbaycan vergilər sahəsində güzəştlər edib, amma ticarət əlaqələrinin inkişafı üçün həvəsləndiriclərə ehtiyac var. Texnologiya sahəsində müəyyən  manelər var. Gömrük sənədləşdirilməsini sürətləndirmək olar",- Qətər rəsmisi bildirib.

Ali Mesned söyləyib ki, özəl sektorun rahat biznes fəaliyyəti üçün imkanları genişləndirmək lazımdır. Bunun üçün hökumət tərəfindən addımlar atılması vacibdir.

O vurğulayıb ki, hökumətlə özəl sektor üçün mütləq şəkildə aktiv mühit yaradılmaldır.
 
Gülnar

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti