Qətərdə Azərbaycana qarşı erməni təxribatı...

22:06 | 25.06.2014
Qətərdə Azərbaycana qarşı erməni təxribatı...

Qətərdə Azərbaycana qarşı erməni təxribatı...

Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfirliyi bu ölkədə fəaliyyət göstərən erməni diasporunun təxribatının qarşısını alıb.
Səfirlikdən AzərTAc-a bildiriblər ki, Qətər Dövlətinin “Katara” mədəniyyət şəhərciyində fəaliyyət göstərən erməni-livan restoranı “MAMİG” fəaliyyət istiqamətindən uzaq təşviqat işləri ilə məşğul olaraq, ölkəmizin Xankəndi şəhərində yerləşən “Biz-dağlarımız” abidəsini erməni abidəsi kimi təqdim edərək Qətərdə çap olunan bir çox nəşrlərdə bunu işıqlandırıb. 
Abidənin restoranın rəmzi kimi onun qarşısında böyük ölçülü maketi təqdim edilib. Eyni zamanda, restoran reklam xarakterli dərclərdə ölkəmizin işğal olunmuş ərazisini “Dağlıq Qarabağ Respublikası” kimi təqdim edib.
Azərbaycan səfirliyi tərəfindən aparılan təxirəsalınmaz, məqsədyönlü işlər və Qətərin müvafiq qurumlarında keçirilən görüşlər nəticəsində bu ölkədə fəaliyyət göstərən erməni diasporunun növbəti təxribatının qarşısı alınıb, restoranın fəaliyyəti Qətər dövlətinin müvafiq qurumları tərəfindən nəzarətə götürülüb, gələcək reklam xarakterli məlumatlarda bu kimi səhvlərə yol verilməyəcəyinə təminat verilib. 
Ən əsası restoranın qarşısında erməni abidəsi olaraq nümayiş etdirilən “Biz-dağlarımız” abidəsinin maketinin “Katara” rəhbərliyi tərəfindən Qətər Xarici İşlər Nazirliyinin xüsusi təlimatı əsasında götürülməsi təmin edilib. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM