Qətliam kimi daha bir qəza Hacıqabulda - FOTOLAR

09:32 | 11.08.2019
Qətliam kimi daha bir qəza Hacıqabulda - FOTOLAR

Qətliam kimi daha bir qəza Hacıqabulda - FOTOLAR



Ötən gücə Hacıqabul rayonunda da çoxsaylı sərnişinlərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.  Hadisə Bakı-Qazax yolunun rayonun Qarasu kəndindən keçən hissəsində qeydə alınıb.

"Mercedes Sprinter" markalı mikroavtobuslla "Ford" markalı avtomaşın toqquşub. Nəticədə 20 nəfərə yaxın adam xəsarət alıb. Yaralılar "təcili yardım" maşınlarının köməkliyi ilə Hacıqabul və Şirvan rayon mərkəzi xəstəxanalarına çatdırılıblar.

Qəzada xəsarət alanlar  Bakı sakinləri Qasımov Səxavət Saleh oğlu, Eyvazov Oktay Bəhruz oğlu, Eyvazova Aytəkin Məzahir qızı, Eyvazova İsmət Bəhruz qızı, Qasımova Güldanə Cavanşir qızı, Hacıyeva Səadət Böyükağa qızı, Rüstəmova Səkinə İbrahim qızı, Əlizadə Günel Zaur qızı, Eyvazov Bəhruz Oktay oğlu, Həsənov Qalib Cavanşir oğludur.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Əbubəkirovun virtualaz.org-a bildirdiyinə görə, qəza nəticəsində 19 nəfər yaralanıb.

"10 nəfər Şirvan xəstəxanasına, 9 nəfər Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Kürdəmir xəstəxanasından verilən məlumata görə, qəzadan sonra 6 qadın, 2 kişi və bir azyaşlı oğlan gətirilib. Azyaşlının Bakıya Travmatologiya İnstitutuna (qolun amputasiyası), 2 kişinin isə KTM-ə keçirilməsi qərara alınıb. Şirvan Mərkəzi Rayon Xəstəxanasına 4 kişi, 6 qadın çatdırılıb. Qadınların ikisində qapalı kəllə-beyin travması etimal olunur. Yaralıların hamısına lazımi yardım göstərilir", - deyə məlumatda qeyd olunub.

"Report” agentliyi bildirir ki, mikroavtobusda olan sərnişinlər Gəncəyə "N" saylı hərbi hissəyə əsgərlərin andiçmə mərasiminə gedirlərmiş.





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb