Qeydiyyatdan keçən fermerlərin sayı 600 mini ÖTDÜ

18:01 | 23.11.2022
Qeydiyyatdan keçən fermerlərin sayı 600 mini ÖTDÜ

Qeydiyyatdan keçən fermerlərin sayı 600 mini ÖTDÜ

Kənd Təsərrüfatı Nazirliyinin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyata alınmış fermerlərin sayı 600 mini keçib.
 
Bunu nazirliyin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov Bakıda "Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq" mövzusunda keçirilən forumda bildirib.
 
"Biz nazirlik olaraq rəqəmsallaşmaya çox diqqət yetiririk. Bunun yollarından biri fermerlərə yaxınlıq, innovasiyalara əlçatanlıq, müasir menecmentdir. 2020-ci ildən subsidiyalar elektron qaydada – EKTİS üzərindən verilir. Fermerlər burada qeydiyyatdan keçməli, əkin sahələrini bəyan etməlidilər. Sistem həmçinin innovasiyaların təşviqinə gətirib çıxarır, kənd təsərrüfatı istehsalçılarını yaşıl texnologiyaları, yeni suvarma texnologiyalarını tətbiq etməyə stimullaşdırır. Dövlət maraqlıdır ki, bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatında da innovasiyalar təşviq edilsin”, - qurum rəhbəri qeyd edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb