Danimarkanın Kopenhagen şəhərində paytaxtın ən nəhəng tikililərindən sayılan “Bella Sky” hoteli tikilib.
ANN.Az AzərTAc-a istinadla xəbər verir ki, otelin qeyri-adi konstruksiyası əyilən qüllələrdən ibarətdir.
İtaliyanın məşhur Piza qülləsi 3,97 dərəcə əyilibsə, “Bella Sky” hotelinin binasında bu rəqəm 15 dərəcə təşkil edir. Arxitektorların unikal dizayn verdiyi binanın hər mərtəbəsi bir-birindən təmamilə seçilir. Dörd ulduzlu otelin otaqları skandinaviya ənənələrinə uyğun bəzədilib. Oteldə 814 otaq, 32 konferensiya zalı, 3 restoran və əyləncə mərkəzləri fəaliyyət göstərir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !