Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraiti oktyabrın 11-i gündüzədək davam edəcək.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, bu vaxta kimi ölkə ərazisində yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Bu günlərdə havanın temperaturu Bakı və Abşeron yarımadasında 15-19 dərəcə isti, Aran rayonlarında 15-20 dərəcə isti, dağlıq ərazilərdə isə 5-10 dərəcə isti arasında dəyişəcək. Oktyabrın 11-i gündüzdən sonra hava şəraiti nisbətən mülayimləşəcək, havanın temperaturu ötən günlərlə müqayisədə yüksələcək. A.Verdiyev qeyd edib ki, Azərbaycanın yüksək dağlıq ərazilərində qar örtüyü oktyabrın 6-dan 7-nə keçən gecə və səhər müşahidə olunub. Belə ki, qar örtüyü Böyük Qafqazın Şahdüz zirvəsində 15 sm, Xınalıq kəndində 10 sm olub. Ən çox yağışlar da Lənkəran-Astara bölgəsi və Böyük Qafqazın ərazisinə yağıb. Bu ərazilərdə yağışlar leysan xarakterli, intensiv olub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !