Azərbaycanda qeyri-sabit hava şəraiti iyulun 8-i gündüzədək davam edəcək.Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Şimal və qərb rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.Ayrı-ayrı yerlərdə, xüsusən də Balakən-Şəki, Quba-Qusar, Qazax-Gəncə, Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzurda yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !