Nizami rayonu "8-ci km bazarı" kimi tanınan ərazidə baş verən qəza iki saata yaxın tıxaca səbəb olub.ANNET.Az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə nəqliyyatın sıx hərəkət etdiyi bazarın düz qarşısında baş verib. Hadisə nəticəsində biri sərnişin avtobusu olmaqla üç avtomobilə ciddi ziyan dəyib. Uzun tıxacın yaranmasına və hadisə yerində polis əməkdaşlarının olmasına baxmayaraq, qəzanın baş verməsinə günahkar müəyyənləşməsi mübahisələri davam edib. Sürücülər baş verən hadisədə bir-birini günahkar hesab ediblər. Nəticədə polis avtomobilləri yoldan kənarlaşdıra bilib.
SeymurANNET.Az
Bizi sosial şəbəkələrdə izləyin !