• $ 1.7
  • € 1.7774
  • ₽ 1.8994
  • ₺ 0.047
  • £ 2.1344

"BakuBus”-un sürücüsü əməliyyat olunub - Yenilənib

31.01.2025 12:22
(Yazıya qara hərflərlə TƏBİB-in yeni məlumatı əlavə olunub)
 
Sabunçunun Maştağa qəsəbəsində qəza keçirən "BakuBus” MMC-nin sürücüsü reansimasiyaya yerləşdirilib. Bu barədə anews.az-a "BakuBus” MMC-nin mətbuat xidmətindən bildirilib.
 
Gecə saatlarında "Bakubus”a məxsus olan 189 nömrəli marşrutu Maştağada qəzaya uğrayıb. Hadisə nəticəsində sürücü idarəetməni itirərək avtobusu yolun kənarında yerləşən marketə çırpıb. 
 
"Avtobusu idarə edən sürücünün halı pisləşib. Avtobusun içində olan 3 nəfər sərnişin sürücüyə yardım etməyə çalışsa da,kabin bağlı olduğundan köməklik etmək mümkün olmayıb. Nəticədə isə qəza vəziyyəti yaranıb.Əraziyə təcili tibbi yardım maşını cəlb olunaraq, xəstəxanaya aparılıb.  Avtobusda olan 3 sərnişin isə xəsarət almayıb. Sürücü əməliyyat olunaraq, reanimasiyaya yerləşdirilib",- qurumdan bildirilib.
 
Məsələ ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən (TƏBİB) Anews-ın sorğusuna cavaba olaraq bildirilib ki, saat 23:12-də Sabunçu rayonu, Maştağa, 293 saylı məktəbin yanı ərazisindən  avtobus qəzası səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardıma ehtiyac olmayıb. 
 
 
TƏBİB-dən anews.az-ın sorğusuna cavab olaraq bildirilib ki, xəstə Sabunçu Tibb Mərkəzinə şəxsi maşınla aparılıb. 
 
"Yanvarın 30-da saat 23:30 radələrində 1969-cu il təvəllüdlü şəxs (kişi cinsli) Sabunçu Tibb Mərkəzinə qəbul olunub. Qapalı kəllə-beyin travması, baş-beyinin silkələnməsi diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib. Hazırda müalicəsi Cərrahi profilli reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağırdır", - məlumatda deyilir. 

 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 10:13
"Ali təhsil haqqında" qanun hazırda müzakirə predmeti deyil - Nazir
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq -  nazir
Cəmiyyət 15:41
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq - nazir
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Cəmiyyət 15:17
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol