Qəzada həlak olan hərbçilərə şəhid statusu veriləcək

10:48 | 14.09.2023
Qəzada həlak olan hərbçilərə şəhid statusu veriləcək

Qəzada həlak olan hərbçilərə şəhid statusu veriləcək

Ötən gün yol qəzasında həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçuları-Əliyev Taleh Saleh oğlu, Həsənov Elgün Elşad oğlu və Namazov Nihad Kamrəddin oğluna şəhid statusu veriləcək.

Bu barədə  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov məlumat verib.

Sədrəddinov qeyd edib ki, qəza nəticəsində həyatlarını itirən hərbçilərə şəhidlik statusu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə hərbi hissə tərəfindən təqdim ediləcək bildiriş əsasında veriləcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM