Qəzada iki məmur öldü

15:30 | 05.04.2015
Qəzada iki məmur öldü

Qəzada iki məmur öldü

Malayziyada hellikopter qəzaya uğraması nəticəsində baş nazir Mohammad Najib Tun Abdul Razakın yaxın ətrafından olan altı nəfər ölüb.

ANS PRESS-in məlumatına görə, qəza Malayziyanın paytaxtı Kuala-Lumpurun şəhər ətrafı hissəsində baş verib. Vertolyotda olan sərnişinlər baş nazirin qızının toyundan geri qayıdırdılar. 

Bildirilir ki, ölən 6 nəfərdən ikisi yüksək rütbəli məmur olub. Onlardan biri baş nazirin dəftərxanasının rəisi, deputat, əvvəllər isə Malayziyanın ABŞ-dakı səfiri olmuş Azlin Aliasdır.

Şahidlərin sözlərinə görə, vertolyot yerə düşməzdən əvvəl havada partlayıb. Baş nazir Mohammad Najib Tun Abdul Razak müstəntiqlərə hadisəni araşdırarkən diqqətli olmağı, "daşı daş üstündə qoymamağı" əmr edib.
 
 
ANN.Az

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti