Qəzada yaralanan Qırğızıstan vətəndaşları sabah ölkələrinə göndəriləcək

15:49 | 29.12.2024
Qəzada yaralanan Qırğızıstan vətəndaşları sabah ölkələrinə göndəriləcək

Qəzada yaralanan Qırğızıstan vətəndaşları sabah ölkələrinə göndəriləcək

Qazaxıstanın Aktau hava limanı yaxınlığında Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması nəticəsində xəsarət alan  iki Qırğızıstan vətəndaşı dekabrın 30-da vətənə yola salınacaq. Bu barədə 24.kz telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, yaralı qırğızların vəziyyəti stabil olaraq qiymətləndirilir. Həkimlərin vəziyyətini ağır adlandıran 26 yaşlı Rinat Asanovun da daşınması üzərində mütəxəssislər işləyir. Ümumilikdə təyyarənin göyərtəsində üç Qırğızıstan vətəndaşı olub.

Dekabrın 25-də səhər saatlarında "Azərbaycan Hava Yolları” QSC -nin Azərbaycanın paytaxtı Bakıdan Qroznıya  uçan "Embraer” sərnişin təyyarəsi Qazaxıstanın Aktau hava limanında qəzaya uğrayıb. Qəzadan əvvəl təyyarənin ekipajı təcili eniş tələb edib. Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, laynerin göyərtəsində 69 nəfər, o cümlədən beş ekipaj üzvü olub. 29 nəfər sağ qalıb.
 
Aytac

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM