Bu gün Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması nəticəsində hərbi qulluqçularımız həlak olub.
Anews.az xəbər verir ki, həlak olanlardan biri də mayor Əliyev Emil Elman oğludur.
Qeyd edək ki, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Hadisə nəticəsində 14 nəfər həlak olub, iki nəfər yaralanıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !