Qəzaya düşən jurnalistlə bağlı prezidentə müraciət edildi

22:27 | 30.12.2013
Qəzaya düşən jurnalistlə bağlı prezidentə müraciət edildi

Qəzaya düşən jurnalistlə bağlı prezidentə müraciət edildi

Bir qrup jurnalist prezident İlham Əliyevə müraciət edib.Onlar avtomobil qəzasına düşən, koma vəziyyətində olmasına baxmayaraq, xəstəxanadan çıxarılıb aparılması tələb edilən jurnalist Sahib İslamovun müalicəsinə yardım göstərilməsi üçün ölkə başçısından kömək istəyiblər.Müraciətdə deyilir:"Hörmətli cənab Prezident! Avropa.info saytının əməkdaşı, jurnalist həmkarımız Sahib İslamov 1 noyabr 2013-cü il tarixində səhər evdən çıxıb işə gedərkən avtomobil qəzasına düşüb.Jurnalist yolun kənarında – dayanacaqda avtobus gözləyərkən idarəetməni itirən bir maşın onu vurub. Sahib İslamov qəzaya düşdüyü gündən indiyədək koma vəziyyətindədir. İki aydır bu ağır durumda olan Sahib İslamovu müalicə olunduğu Musa Nağıyev adına Xəstəxanadan çıxarmaq istəyirlər.Bu durumda onun xəstəxanadan çıxarılması həmkarımızın ölümü ilə nəticələnə bilər.Cənab Prezident! Sağlam jurnalist fəaliyyəti ilə məşğul olan, kasıb durumda yaşayan Sahib İslamovun bir azyaşlı övladı var. Onun yaşaması, sağalması imkanları tükənməyib, həkimlərin deməsinə görə, jurnalistin müalicəsi, həyata dönməsi mümkündür. Bu işin həyata keçirilməsi üçün Sizdən dəstək istəyirik.Biz jurnalistlərin dostu olaraq sizə güvənirik, Sahib İslamovun sağalması üçün gərəkən işlərin görülməsi, bir ailənin başsız qalmaması üçün göstəriş verməyinizi rica edirik.Öncədən təşəkkür edirik”.Qeyd edək ki, müraciət hazırda jurnalistlər tərəfindən imzalanır, imzalanma prosesi başa çatdıqdan sonra müvafiq qaydada prezidentə təqdim ediləcək. (musavat.com)ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM