Qəzaya uğramış təyyarədə külli miqdarda pul olub - 4,8 milyon dollar

15:32 | 17.08.2015
Qəzaya uğramış təyyarədə külli miqdarda pul olub - 4,8 milyon dollar

Qəzaya uğramış təyyarədə külli miqdarda pul olub - 4,8 milyon dollar

Dünən qəzaya uğrayan və 54 sərnişin daşıyan "Trigana Air" İndoneziya təyyarəsində külli miqdarda pulun olması iddiası səslənib.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, hazırda xilasetmə əməkdaşları təyyarənin qalıqlarını toplayır və həlak olan sərnişinlərin cəsədlərini müəyyən etmək üçün işlərini davam etdirirlər.

Təyyarədə külli miqdarda pulun olması məsələsinə gəlincə, "Trigana Air" şirkətinin yetkilisi Adi Kadi "bizdə belə bir məlumat yoxdur" deyə cavab verib. Lakin ölkənin rəsmi qəzeti "Cayapura Post"nın nümayədəsi Haryono isə təyyarədə külli miqdarda pulun olduğunu təsdiqləyib. Onun sözlərinə görə, pul vəsaiti bölgə əhalisinə yardım məqsədilə göndərilibmiş.

Qeyd edək ki, "Trigana Air" şirkətinə aid təyyarə paytaxt Cayapuranın "Sentani" aeroportundan cənubdakı Oksibil şəhərinə yerli saatla 14.21-də istiqamətlənib. Saat 15.22-də Oksibilə enməli imiş, amma 14.55-də təyyarə radarlardan itib.

Təyyarədə 5-i uşaq olmaqla 49 sərnişin və 5 ekipaj üzvü olub


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM