ANN.Az xarici mətbuata istinadən xəbər verir ki, dünən təyyarənin qəzaya uğradığı 9-cu gündə daha 3 cəsəd çıxarılıb. Bununla da dənizdən çıxarılan cəsədlərin sayı 37 olub.
Sərnişinlərdən biri təyyarə havaya qalxmazdan az öncə dostları ilə selfie çəkdiribmiş. 23 yaşlı indoneziyalı sərnişin Hendra Gunavan Syaval çəkdiyi fotonu dostuna yollayımış. Fotoda təyyarənin 4 sərnişini görüntülənir.
Təyyarə səbəbi bilinməyən qəza nəticəsində Cava dənizinə düşüb və təyyarədə olan 162 sərnişinin hamısının həlak olduğu güman edilir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !