Qəzaya uğrayan gəminin 430 sərnişininin taleyi məlum deyil

11:18 | 03.06.2015
Qəzaya uğrayan gəminin 430 sərnişininin taleyi məlum deyil

Qəzaya uğrayan gəminin 430 sərnişininin taleyi məlum deyil

Çində Yantszı çayında turistik gəminin qəzaya uğramasından bir sutka sonra başlayan xilasetmə əməliyyatının siyahısında 430 adam itkindir, "Sinxua” bildirib.  

Oxu.Az "Qazeta”ya istinadən xəbər verir ki, 14 nəfər xilas edilib. Məmurlar yeddi adamın öldüyünü bildiriblər.

Nəqliyyat nazirinin məlumatına əsasən, gəmidə 405 nəfər sərnişin, 46 nəfər gəmi heyəti və beş ekskursiya rəhbəri olub.

Əməliyyatda 4 mindən çox mütəxəssis iştirak edir, o cümlədən də polislər, yanğınsöndürənlər və ordu bölmələri iştirak edib.

Meteoroloqların məlumatına əsasən, pis hava şəraiti xilasedicilərə hələ 24-36 saat mane olacaq.  

Daha öncə Çində qəzaya uğrayan gəminin kapitanı və baş mühəndisi saxlanılıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM