AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan 4K-AZ65 qeydiyyat nömrəli "Embraer 190" təyyarəsi 2013-cü ildə istehsal edilib.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq AZAL-dan bildirilib.
Məlumatda qeyd olunub:
"İstehsalçının seriya nömrəsi: 19000630. Hava gəmisinin ümumi eniş sayı 9949, ümumi uçuş müddəti isə 15257,22 saat təşkil edir. Hava gəmisinin son tam texniki yoxlanışı 2024-cü il oktyabrın 18-də aparılıb. Son yoxlamadan sonra 671 uçuş saatı keçib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !